29 Ağustos 2016 Pazartesi

Limon kurdu ilə dondurma resepti - FOTO RESEPT

        Limon kurdu ilə dondurma resepti - FOTO RESEPT

Tərkibi:
4 yumurta
4 orta boy limon
1 st. şəkər tozu (başından azca kəm)
1 paket vanilli şəkər tozu
70 q kərə yağı

Hazırlanması:
Limonu 30 dəqiqə mikrodalğalı sobada bişirin. Əgər belə soba yoxdursa, üzərinə qaynar su tökün. Belədə daha çox şirəsi çıxacaq. İki limonun sedrasını çıxarın. Hamısının şirəsini sıxın. 

Yumurtaları vanil və şəkər tozu ilə çalın. 

Limon şirəsi ilə sedrasını əlavə edib yaxşıca qarışdırın. Əgər sedranı sevmirsinizsə, bu mərhələdə alınan kütləni süzə bilərsiniz. 

Kərə yağı əlavə edib su hamamında qatılaşanadək bişirin. Bu, təxminən 7-10 dəqiqə çəkir. Birbaşa ocağın üzərinə qoymaq məsləhət deyil: yumurtalar dərhal bişəcək, kütlə yanacaq. 

Alınan kurdu bankalara yığıb peçenye, pirojna bişirərkən istifadə etmək olar. Amma dondurub yeyərək sərinləmək də olar. Kremankalara paylaşdırıb səhərədək dondurucuda saxlayın. Süfrəyə verərkən nanə yarpağı ilə bəzəyə bilərsiniz. Belə dondurma adamı susatmır. 



Hiç yorum yok:

Yorum Gönder